Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi "Qarabağ", "Neftçi", "Sabah", "Zirə" və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Tədbirə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb.
Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib