Fransa millisinin baş məşqçisi Mbappeni komandaya çağırmaqdan imtina edib

Fransa millisinin baş məşqçisi Mbappeni komandaya çağırmaqdan imtina edib backend

Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ın hücumçusu Kilian Mbappeni milli komandaya çağırmaqdan imtina edib.

Qaziler.az bildirir ki, onun sözlərini "RMC Sport" nəşri sitat gətirir.

Mütəxəssis qərar verməkdə məsuliyyət daşıdığını və bu dəfə müəyyən futbolçuların xeyrinə seçim etdiyini bildirib.

“Hər oyunçunun arxasında bir insan da var. Bu, hər bir insanın həssaslığından asılıdır”, - o, əlavə edib.

Oktyabrın 15-də Mbappenin Stokholmdakı "Bank Hotel"də zorlamada şübhəli bilindiyi məlum olub. Hadisə yerindən dəlil kimi geyim əşyalarının götürüldüyü dəqiqləşdirilib.

Oktyabrın 10-da Mbappe Stokholmdakı gecə klubunda görüntülənib. Bu zaman Fransa yığması Millətlər Liqasında İsraillə qarşılaşıb.

QAZİLER.AZ

Diaspora