Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” (Madrid) ilə oyuna ciddi itki ilə çıxacaq. Qol.Az-ın məlumatına görə, komandanın əsas hücumçularından olan Burak Yılmaz bu vacib matçı buraxmalı olacaq.
Buna səbəb Burakın ÇL-ın qrup mərhələsində hazırda “Benfika” ilə keçirilən oyunda sarı vərəqə almasıdır. Sarı vərəqə limitini dolduran forvard qrupun ən vacib görüşlərindən birini kənardan seyr etməli olacaq.