Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün bağlanış yarışı keçirilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, 3 yaş qrupu üzrə təşkil edilən yarışda AzVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.15 yaşadək idmançılar arasında ən yaxşı nəticə göstərən 8 saylı İdman Olimpiya Məktəbinin üzvü David Proherkus 1-ci yeri tutub.
İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Bakir Dadaşov 17 yaşadək velosipedçilərin mübarizəsində hamını qabaqlayıb.
Gənclər, U-23 və Elit kateqoriyasında isə "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyev mövsümün son yarışını qələbə ilə başa vurub.