Dünya çempionatında qızıl medal qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb

Dünya çempionatında qızıl medal qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb backend

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçiləri Vətənə dönüblər.

“Report” xəbər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dünya çempionatında Ülvü Qənizadə (72 kq), Nihat Məmmədli (63 kq) və Eldəniz Əzizli (55 kq) qızıl medal qazanıblar. E.Əzizli karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.

Diaspora