Altıqat olimpiya çempionu ser Kris Hoy prostat xərçənginin sonuncu mərhələsini yaşayır.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə idmançı özü açıqlamasında deyib.
“Doğulmuşuq, bir gün də öləcəyik və bütün bunlar prosesin sadəcə bir hissəsidir”, - idmançı bildirib.
Hoy həkimlərə ona bir az da uzun yaşamağa kömək edəcək dərmanlar yazdıqları üçün təşəkkür edib.
Qeyd edək ki, ötən ilin sentyabrında altıqat olimpiya çempionunda xərçəng şişləri aşkarlanmışdı.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
