Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu gümüş medal qazanıb

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu gümüş medal qazanıb backend

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb.

QAZÍLER.AZ  AZƏRTAC-a istinaden  verdiyi məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.

51 kiloqramda çıxış edən boksçu qitə birinciliyini gümüş medalla başa vurub. Bu, N.Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında çempion tituluna yiyələnib.

Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kiloqram) ikinci, Marjona Savriyeva (50 kiloqram) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün yığmanın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.

Diaspora