Íbrahimoviç boksda debüt edəcək?

Íbrahimoviç boksda debüt edəcək? backend

Keçmiş isveçli futbolçu Zlatan İbrahimoviç boksda debüt etmək üçün “Misfits Boxing” ilə danışıqlar aparır.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə şirkətin prezidenti Mams Teylor məlumat verib.

“Zlatanı bunu etməməyə inandırmağa çalışdım, amma alınmadı. Uzun müddətdir ki, döyüşləri izləyir, biz onu yaxşı tanıyırıq. Zlatan əvvəllər kikboksinqlə məşğul olub və əla idmançıdır.

İbrahimoviçin potensial rəqiblərinin adlarını çəkməyəcəm. Amma o, tez-tez mənimlə bu barədə danışırdı və mən inanıram ki, onun rinqə çıxması zaman məsələsidir”, – deyə funksioner bildirib.

Zlatan İbrahimoviç futbolçu karyerasını 2023-cü ildə başa vurub. O, “Milan”, PSJ, “Barselona”, “Yuventus, “Ayaks”, “İnter”, “Mançester Yunayted” və “Los Angeles Qalaksi”də çıxış edib.

Diaspora