Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Amerikanın “Forbes” maliyyə-iqtisadi jurnalının versiyasına görə dünyanın ən çox qazanan futbolçusu olub.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Belə ki, Ronaldo 2024-cü ildə 285 milyon dollar qazanacaq. İkinci yerdə isə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. Onun gəliri 135 milyon dollar olacaq. İlk üçlüyü “Əl-Hilal”dan (110 milyon dollar) Neymar tamamlayır. Dördüncü yerdə “Əl-İttihad”dan Kərim Benzema (104 milyon dollar), ilk beşliyi isə “Real Madrid”dən Kilian Mbappe (90 milyon dollar) tamamlayıb.
QAZİLER.AZ