“Neftçi” klubunun gənclərdən ibarət iki komandası paytaxt çempionatında uğurla çıxış edir

“Neftçi” klubunun gənclərdən ibarət iki komandası paytaxt çempionatında uğurla çıxış edir backend

Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi 11-ci “Sabahın ulduzları” paytaxt çempionatında altıncı turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “İnter Arena”da təşkil olunan yarışlarda “Neftçi İdman Klubu”nun iki komandası mübarizə aparıb. On yaşlı futbolçulardan ibarət komanda tur çərçivəsində “Qarabağ”la görüşdən sülhlə ayrılıb - 2:2. Hazırda 16 xalı olan “Neftçi” turnir cədvəlinin şəriksiz lideridir.

On bir yaşlılardan ibarət komanda isə “Rəvan”ı qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Qazandığı qələbə ilə xallarının sayını 12-yə çatdıran komanda turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
Diaspora