Bu gün Topaz Premyer Liqasının 11-ci turuna yekun vurulacaq. AZƏRTAC xəbər verir ki, turun sonuncu günündə iki görüş keçiriləcək. Sumqayıtda bu şəhərin eyni adlı komandası “Neftçi” ilə qarşılaşacaq. Digər matç isə paytaxtda oynanılacaq. Turnir cədvəlinin sonuncu pilləsində olan “Rəvan” doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək.
Turun digər oyunlarında lider “Qarabağ” komandası evdə AZAL-ı 2:0, “Kəpəz” isə səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. “İnter” – “Zirə” görüşündə isə qalib müəyyənləşməyib – 0:0.