Avropa Kuboku: "Azərreyl" çempion oldu

Avropa Kuboku: "Azərreyl" çempion oldu backend

"Azərreyl" klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, komanda həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.

İki oyundan birində “Azərreyl" (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Ardınca baş tutan qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb.

 

 

Diaspora