Beşinci divizionda çıxış edən Fransanın "La Şatenyer" futbol klubunun futbolçusu Aleksis Leskayl matç zamanı meydanda dünyasını dəyişib.
Qaziler.az xəbər verir ki, bu barədə “Ouest France” nəşri məlumat yayıb.
Oktyabrın 5-də 34 yaşlı futbolçu Beşinci Divizionda Anjenin əvəzedici komandasına qarşı matçda anevrizma yırtığı keçirib.
Lekayl oyunun 72-ci dəqiqəsində huşunu itirib. Ona tibbi yardım göstərilib, daha sonra futbolçu La Roş-sur-Yon xəstəxanasına aparılıb. Oktyabrın 6-da o, Nantdakı xəstəxanada əməliyyat olunub, lakin həkimlər futbolçunu xilas edə bilməyiblər.
QAZİLER.AZ