2027-ci ildə cüdo üzrə dünya çempionatına bu ölkə ev sahibliyi edəcək

2027-ci ildə cüdo üzrə dünya çempionatına bu ölkə ev sahibliyi edəcək backend

Cüdo üzrə dünya çempionatı 2027-ci ildə Qazaxıstanda keçiriləcək.

Qaziler.az Kazinform agentliyinə istinadən bildirir ki, bu barədə Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinə istinadən xəbər verir ki,

"Budapeştə səfər çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerlə mühüm görüş baş tutub. Görüş zamanı Qazaxıstanda cüdonun inkişafı ilə bağlı əsas razılaşmalar əldə olunub.

Cüdo həvəskarları üçün əla xəbər! Cüdo üzrə dünya çempionatının 2027-ci ildə Qazaxıstanda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, təkcə ölkə üçün böyük şərəf deyil, həm də Qazaxıstan idmançıları üçün Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunları öncəsi özlərini sübut etmək və mövqelərini möhkəmləndirmək üçün yaxşı fürsətdir.

Qazaxıstanda Beynəlxalq Cüdo Federasiyası Akademiyasının nümayəndəliyinin açılması barədə də razılıq əldə olunub. Əminəm ki, bu təşəbbüs idmançılarımızın və məşqçilər heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm təsir göstərəcək”, - deyə turizm və idman naziri Erbol Mırzabosunov Telegram kanalında yazıb.

QAZİLER.AZ

Diaspora