Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, IX turun oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.
Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada qərarlaşıb.
Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.