Vüqar Həşimov Memorialının qalibi viza ala bilmədiyi üçün Londondakı yarışda iştirak etməyəcək

Vüqar Həşimov Memorialının qalibi viza ala bilmədiyi üçün Londondakı yarışda iştirak etməyəcək backend

Şuşada keçirilən Vüqar Həşimov Memorialının qalibi Yan Nepomnyaşi (FIDE) Böyük Britaniyaya viza almaqla bağlı problem yaşadığına görə Qlobal Şahmat Liqası 2024 yarışını buraxacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster oktyabrın 14-dən 18-dək Londonda gerçəkləşəcək yarışda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Y.Nepomnyaşi Şuşada baş tutan xatirə turnirinin rapid növündə 10, blitsdə isə hesabına 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin baş mükafatını qazanıb.

Diaspora