"Mançester Siti"nin kapitanı Vinsent Kompani Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, belçikalı futbolçu "Sky Sports"a açıqlamasında "Barselona"dan çəkinmədiklərini bildirib:"Sabahkı oyun bizim böyük əhəmiyyət kəsb edir. Əgər yaxşı oynasaq, unudulmaz gecə ola bilər. Bu səbəbdən sabahkı oyuna yaxşı hazırlaşmışıq. Rəqibdən qorxmuruq. Onlara qarşı oynamaq istəyirik. Düzdür, "Barselona" böyük klubdur. Onların heyətində matçın taleyini hər an dəyişə biləcək futbolçular çıxış edir. Lakin mən də futbola belə böyük oyunlarda iştirak etmək üçün gəlmişəm. Əgər sabahkı oyuna həvəssiz yanaşsam, deməli, mənim burada yerim yoxdur".
Qeyd edək ki, "Mançester Siti" - "Barselona" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.