"Turan Tovuz" futbol klubunun idarə heyətinin sədri Ehtiram Quliyev Bakıda 5 hektara yaxın torpaq sahəsi alıb.
QAZÌLER.AZ Publika.az-a istinadən xəbər verir ki, ərazi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşir.
Qeyd edilib ki, E.Quliyev "Turan Tovuz" üçün orada baza tikdirir. Artıq işlərə də start verilib.
Maraqlıdır, Ehtiram Quliyev Tovuz təmsilçisinə niyə bu rayonda yox, Bakıda baza tikir? Ola bilsin ki, iş adamının Tovuz rayonunda infrastrukturun qurulmasına yatırım etməməsinin bəlli səbəbi var. Ya gələcəkdə “Turan Tovuz” Bakı klubuna çevriləcək, ya da Ehtiram Quliyev hansısa Bakı komandasını himayəyə götürəcək.