Qazaxıstan yığması gözlənilmədən Portuqaliyaya qalib gəlib - VİDEO

Qazaxıstan yığması gözlənilmədən Portuqaliyaya qalib gəlib - VİDEO backend

Futzal üzrə kişilərdən ibarət Qazaxıstan yığması Özbəkistanda keçirilən dünya çempionatının 1/8 finalında qalib gəlib.

Qaziler.az Olympic.kz saytına istinadən verdiyi məlumata görə, 1/4 finala vəsiqə uğrunda görüşdə qazaxıstan komandası hazırkı dünya çempionu Portuqaliya ilə qarşılaşıb.

Hesabı Çingiz Yesenamanov açıb. Rəqiblər Zikanın səyləri sayəsində hesabı bərabərləşdiriblər.

İkinci dövrənin lap sonunda Dauren Tursaqulov Qazaxıstanı yenidən hesabda irəli çıxarıb. Nəticədə onun qolu qalibiyyət oldu - Qazaxıstan dünya çempionatının 1/4 finalına yüksəldi.

Portuqaliya da öz növbəsində titulunu qoruya bilməyib.

QAZİLER.AZ

 

Diaspora