Tender komissiyasının rəhbəri Həmmad əl-Bələvi bildirib ki, qadağalara baxmayaraq, ölkə 2034-cü il dünya çempionatı zamanı bütün qonaqları qəbul edəcək.
Menecerin sözlərini “Sky Sports” sitat gətirib.
“Biz bütün qonaqlarımızın şəxsi həyatına hörmət edirik. İnsanlar ölkə haqqında daha çox bilməlidirlər və bunun üçün ən yaxşı yol gəlib onu ziyarət etməkdir. Orada qonaqpərvər səudiyyəlilərlə görüşəcəklər. Biz bütün qonaqlarımızı məmnuniyyətlə qarşılayacağıq”, - deyə əl-Bələvi bildirib.
Səudiyyə Ərəbistanı 2034-cü ildə dünya çempionatına ev sahibliyi etməyə yeganə namizəd ölkədir. O, Beynəlxalq Futbol Federasiyasının (FİFA) dekabrın 11-də keçiriləcək iclasında turnirin ev sahibi kimi elan edilməlidir.
Hazırkı dünya çempionu Argentina millisidir. Finalda onlar Fransa millisinə qalib gəliblər. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb və penaltilər seriyasında üçqat dünya çempionu olan argentinalılar daha dəqiq olub.
QAZİLER.AZ