Azarkeşlər “Neftçi“ni, baş məşqçi “Zirə“ni ziyana saldı

Azarkeşlər “Neftçi“ni, baş məşqçi “Zirə“ni ziyana saldı backend

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Premyer Liqanın X turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Oktyabrın 28-də Premyer Liqanın X turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Zirə” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “Zirə” klubunun 39 №-li futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində “Zirə” klubunun 13 №-li futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 14-cü dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Adil Şükürov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

“Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 36-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Sumqayıt” matçında isə “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Diaspora