“Qarabağ“ın rəqibinin hücumçusuna 50 milyon avro

“Qarabağ“ın rəqibinin hücumçusuna 50 milyon avro backend

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem"in hücumçusu Hari Keyn qışda komandanı tərk edə bilər. Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, 22 yaşlı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Qırmızı-şeytanlar"ın baş məşqçisi Lui van Qal yanvar ayından etibarən Keyni komandasında görmək istəyir. Mançester təmsilçisi ingilis futbolçu üçün "Tottenhem"ə 50 milyon avro təklif etməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunsa, Keyn yanvar ayından "Mançester Yunayted"də çıxış edəcək.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 10 oyuna çıxan Keyn 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Diaspora