Azərbaycan akrobatları qızıl medalların sayını 4-ə çatdırdı

Azərbaycan akrobatları qızıl medalların sayını 4-ə çatdırdı backend

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti qızıl medalı qazanıblar.

QAZÌLER.AZ  Publika.az-a istinaden verdiyi məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlar ötən gün balans hərəkətlərdə birinci yeri tutublar.

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıb. Akrobatika yığmamız isə komanda hesabında ikinci sırada qərarlaşıb.

Diaspora