Qadın millimizdən inamlı qələbə, kişilər bərabərliyə razılaşdı

Qadın millimizdən inamlı qələbə, kişilər bərabərliyə razılaşdı backend

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, kişilərdən ibarət Azərbaycan komandası bu tur Yunanıstanla bərabərə qalıb. Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.

Qadınlardan ibarət milli isə İsveçrəni məğlub edib 4-0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.

Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.

Diaspora