“Neftçi”nin idman direktoru istefa verib

“Neftçi”nin idman direktoru istefa verib backend

“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qaziler.az "Apasport.az"a istinadla xəbər verir ki, 2023-cü ilin sentyabrından klubda çalışan Anderssonla yollar rəsmən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: “Neftçi”dəki fəaliyyətinə görə Anderssona təşəkkür edirik.

Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirərək, Yens Anderssona gələcək karyerasında uğurlar arzulayırıq!"

Diaspora