Ayrılsalar Ronaldo Corcinaya hər ay böyük məbləğ ödəməli olacaq

Ayrılsalar Ronaldo Corcinaya hər ay böyük məbləğ ödəməli olacaq backend

Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə ayrılacağı təqdirdə hər ay yüksək məbləğ ödəməli olacaq.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir.

39 yaşlı Ronaldonun sərvəti təxminən 500 milyon funt-sterlinqdir. Səudiyyə Ərəbistanında ildə 173 milyon funt sterlinq qazanan dünyanın ən yüksək maaşlı idmançısı olmaqla yanaşı, müxtəlif sponsorluq müqavilələri vasitəsilə də milyonlar qazanır.

Belə ki, o, Corcina ilə ayrılsa, böyük gəlirinin bir hissəsini ayırmalı olacaq. Portuqaliyanın "TV GUIA" jurnalının məlumatına görə, cütlük arasındakı razılaşma futbolçunun əmlakını qoruyur, eyni zamanda ayrılacağı təqdirdə xanımının və iki uşağının anasının sabitliyinə zəmanət verir.

Əgər onlar ayrılsalar, 30 yaşlı Georgina ayda 85 min funt sterlinqdən çox ömürlük qulluq ödənişi alacaq. Nəşr iddia edir ki, razılıq onların ilk qızı Alana Martinanın doğulmasından sonra əldə olunub.

Müqavilədə Corcinanın Madridin eksklüziv La Finca ərazisində yerləşən malikanənin sahibi olacağı bildirilir.

Şayiələrə baxmayaraq, cütlük hələ də rəsmi nikahlarını açıqlamır. Çünki Ronaldonun bir neçə dəfə Corcinaya arvadım deməsi dedi-qoduya səbəb olub.

QAZİLER.AZ

Diaspora