Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" hazırlıqları bərpa edib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ölkə çempionatının 23-cü turunda "Neftçi" ilə oyundan (1:0) sonra istirahətə buraxılan Qurban Qurbanovun futbolçuları bugündən növbəti matçın hazırlıqlarına start verib.Komanda fevralın 28-i qarşılaşacaqları "Qəbələ" ilə oyunun hazırlıqlarına tam heyətlə çalışa bilmir. Buna səbəb altı futbolçunun millinin heyətində toplanışa yollanmasıdır. Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, Namiq Ələsgərov hələ də komanda ilə Antalyada olduğundan, Maksim Medvedev isə zədə səbəbindən millinin düşərgəsindən ayrıldığı üçün məşqlərdə iştirak etmir.