Rusiyanın və dünyanın bir nömrəli keçmiş tennisçisi Mariya Şarapova Tennis Şöhrət Zalına daxil olmaq üçün azarkeşlərin səsverməsini qazanıb.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, nəticələr təşkilatın saytında dərc olunub. İkinci yeri iki amerikalı Bob və Mayk Brayan, üçüncü yeri isə kanadalı Daniel Nestor tutub.
Şöhrət Zalına seçilmək üçün namizəd münsiflər heyətinin minimum 75%-nin səsini almalıdır. Azarkeşlərin səsverməsi Şöhrət Zalına seçki prosesində iki addımdan biridir. Qələbə Şarapovaya əlavə üç faiz xal qazandırıb. Rusiyalı tennisçi artıq pərəstişkarlarının səsvermə nəticələrinə reaksiya verib və onlara təşəkkür edib.
“Şöhrət Zalına daxil olmaq böyük şərəfdir və fanatların dəstəyi bunu daha da xüsusi edir”, - Şarapova bildirib.
Tarixdə cəmi on tennisçi bütün Böyük Dəbilqə turnirlərinin qalibi olub və Şarapova da onlardan biridir.17 yaşlı rusiyalı sensasiyalı şəkildə Uimbldon finalına yüksəlib və əfsanəvi amerikalı Serena Uilyamsı məğlub edib.
QAZİLER.AZ