Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO

Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO backend

“Füzuli ilə ilk görüşümüzdə qorxu var idi, çünki 29 il idi biz ayrı idik”.

Qaziler.az Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, bu fikirləri məşhur futbolçu, “Neftçi” klubunun oyunçusu Qara Qarayev deyib. O, torpaqlarımızın işğaldan azad olunmasının, insanların ora köçməsinin vacib məsələ olduğunu vurğulayıb.

"Özümün, qardaşlarımın orada ev, yurd salması vacibdir. Ora mütləq qayıtmalıyıq. Nə qədər burda nəfəs alsaq da, bizim ilk nəfəsimiz, ilk toxunuşumuz orada olub. Qarabağ adı bizi birləşdirib, qəhrəman edib" – deyə Qara Qarayev bildirib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Futbolçu Qara Qarayevin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.

Diaspora