Astanada sentyabrın 8-də V Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi olub.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, mərasim "Astana Arena" stadionunda 3 min sənətçinin iştirakı ilə reallaşıb.
Əvvəlcə iştirakçı ölkələrin komandaları əlifba sırası ilə ayrı-ayrı qruplar şəklində təntənəli yürüş ediblər. Azərbaycan idmançıları da bu yürüşdə yer alıblar.
Yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Tədbirdə 89 ölkədən təxminən 2800 iştirakçının qatılması gözlənilir. Oyunlarda 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılacaq.