Birinci vitse-prezident Mehriban Əliyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Orxan Aslanovla bağlı paylaşım edib.
QAZÌLER.AZ Lent.az-a istinaden xəbər verir ki, paylaşımda deyilir:
“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
