Hakerlər “Real Madrid”in fransalı futbolçusu Killian Mbappenin X sosial şəbəkəsindəki hesabını sındırıblar.
Qaziler.az xəbər verir ki, məlumatı “Mirror” yayıb.
Nəşr qeyd edib ki, hücumçular İngiltərə Premyer Liqasının komandası haqqında bir neçə təhqiramiz mesajlar yazıblar. Argentinalı Lionel Messini isə “cırtdan” adlandırıblar.
Mesajlarda hakerlər Kriştiano Ronaldunun bütün zamanların ən böyük futbolçusu olduğunu yazıblar. “Cırtdan Messi” mesajı da ortaya çıxıb. Yazılar tez bir zamanda Mbappenin səhifəsindən yoxa çıxıb.
Bu, ilk dəfə yaşanan hal olmayıb və 2019-cu ildə də baş verib.
QAZİLER.AZ