Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu mübarizəni dayandırıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, yer aldığı H qrupunda son oyununa çıxan komandamız İsveçin “Uddevalla” klubu ilə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə uduzan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.
Qeyd edək ki, reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. "Araz-Naxçıvan" Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” və Estoniya çempionu “Sillamae Silla” üzərində qələbə qazansa da, bu, yetərsiz olub.