Rusiyanın “Spartak” futbol klubunun 23 yaşlı yarımmüdafiəçisi Kvinsi Promes qiyməti 50 min dollar olan eksklüziv model qızıl telefon alıb.
İKT.lent.az-ın “LifeNews”ə istinadən verdiyi məlumata görə, 3:2 ilə bitən “Spartak” - “Dinamo” oyununda son saniyələrdə qol vuran matçın baş qəhrəmanı Kvinsi Promes oyundan dərhal sonra azarkeşlərə bu günlərdə aldığı qızıl smartfonunu nümayiş etdirib.Bu smartfon standart varianta malikdir. Onun Rusiya çempionatında Promesin çıxış etdiyi 24 nömrəsi yazılmış qızıl qabağı var. Qapağın üstündə nömrənin altında isə futbolçunun soyadı yazılıb.
Bu cür eksklüziv smartfonların qiyməti 50 min - 130 min dollar arasındadır. Qiymət telefonun rəngi, naxışları və bəzədildiyi bahalı daş-qaşlardan (almaz, zümrüd, sapfir) asılı olaraq dəyişir. Sifarişin düzəldilmə müddəti 2-4 həftə çəkir. Smartfonun korpusu isə ağ və ya çəhrayı qızıldan, gümüş və platindən istehsal oluna bilər.
Mənbənin məlumatına görə, eksklüziv smartfona “Spartak” futbol klubunun daha bir futbolçusu Roman Şirokov sahibdir. Bu avadanlığı o, 150 min rubla (2 300 dollara) əldə edib.
Xatırladaq ki, bir qədər əvvəl “Caviar” şirkəti Ramzan Kadırovun şəkli olan eksklüziv “iPhone 6S” modelini istehsal edib.