Bakının bir küçəsi "Formula-1" bitənədək bağlı olacaq

Bakının bir küçəsi "Formula-1" bitənədək bağlı olacaq backend

Bakı şəhərində "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edilib ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Diaspora