ABŞ-də yaşayan rusiyalı bodibilder 48 yaşında vəfat edib

ABŞ-də yaşayan rusiyalı bodibilder 48 yaşında vəfat edib backend

ABŞ-da yaşayan rusiyalı bodibilder və pauerliftinq üzrə idmançı Yevgeni Mişin 48 yaşında dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə onun “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"Bunu dərk etmək bizim üçün çox çətindir, lakin Yevgeni Mişin 48 yaşında dünyasını dəyişdi", - mesajda deyilir.

Onun həmkarı, amerikalı bodibilder Deyv Palumbo Instagram sosial şəbəkəsində bildirib ki, Mişin Los-Ancelesdə keçmiş arvadı ilə evdə olarkən infarkt keçirib. Həkimlər təxminən 45 dəqiqə onun həyatını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. 

İdmançının dəfn mərasimi Nyu-Yorkda keçiriləcək.

Yevgeni Mişin 1976-cı ildə Leninqrad vilayətinin Otradnı şəhərində anadan olub.  O, bir çox beynəlxalq turnirlərdə iştirak edib, mükafatlar qazanıb, bir çox mükafatlara malikdir.

2000-ci illərdə Mişin Beynəlxalq Bodibildinq Federasiyasının dünya peşəkar reytinqində 20-ci yeri tutaraq ən yaxşı rus bodibilderi olub. Bundan əlavə, o, iki dəfə dünyanın ən nüfuzlu bodibildinq turnirlərindən birində - Mr. Olympia-da (2010, 2011) iştirak edib.

Diaspora