Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev vətəninə, valideynlərinə xəyanət etməkdə ittiham olunub.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, onu Rusiyaya xəyanət etməkdə ittiham ediblər.
39 yaşlı keçmiş futbolçu “Instagram”da pərəstişkarı olan abunəçilərindən birinin mesajını dərc edib. Azarkeş Əliyevə yazıb:
“Sənin də rus olduğunu, Rusiyada doğulub boya-başa çatdığını, futbol təhsilini və ümumiyyətlə Rusiyada təhsil aldığını, Rusiya vətəndaşı olduğunu öyrənmək mənim üçün çox gözlənilməz oldu. …Amma görünür, istedadın RPL-də oynamağa çatmadı və əyri ayaqlarının uyğun olduğu Meydana səsləndin. Başqa ölkənin vətəndaşlığını qəbul etdin və özünü ukraynalı saymağa başladın. Amma sonra nəsə alınmadı, donuzxanada qazana bilməyəcəyin bir az pul müqabilində əsl vətəninə qayıtmaq qərarına gəldin. Sonra içki və əyləncə... Deyəsən hamı səni unutdu".
Azarkeş onun indi döyüşçü olmasını da ələ salıb:
"Döyüşçü oldu, vətəninə xəyanət etdi, valideynlərinə xəyanət etdi, bütün ailəsinə xəyanət etdi və indi o, “ulduz”dur, mülki şəxslərdən pulemyotları necə götürdüyü barədə müsahibə verir, o döyüşçüdür!”
Əliyev bu mesajı öz hekayəsində paylaşıb və yazıb: “Rus şeytanlarının mənə yazdıqları budur”.
Xatırladaq ki, Əliyev Xabarovskda anadan olub. O, Kiyev “Dinamo”sunda və Ukrayna millisində oynayarkən şöhrət qazanıb. Rusiyada Moskvanın “Lokomotiv” və Mahaçqalanın “Anji” klublarında çıxış edib. 2023-cü ilin oktyabrında o, valideynlərinin Kurskda yaşadığını, lakin onlarla ünsiyyəti minimuma endirdiyini bildirib. Hazırda o, Ukrayna Silahlı Qüvvələrinin əsgəridir.
Əliyevin valideynlərindən birinin azərbaycanlı olduğu deyilir.