UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub

UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub backend

Azərbaycan avrokubokların üçgünlük sessiyasından sonra UEFA əmsallar cədvəlində irəliləyib.

Oxu.Az xəbər verir ki, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

23-cü sırada yer alan ölkənin əmsalı 18.375-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Cəbəllüttariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdilər - 2:0.

"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə ediblər - 4:0.

"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0.625 xal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür).

Bu mövsüm qazanılan xallar 1.625-ə çatıb - "Zirə" ümumi hesaba 0.750 xal, "Qarabağ" 0.500 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" isə 0.125 xal töhfə veriblər.

Hazırda ölkəmizdən öndə olan Macarıstanın 19.500 xalı, geridə qalan Rusiyanın isə 18.299 xalı var.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.

Diaspora