Gürcüstan cüdoçusu Quram Tuşişvili 100 kq-dan yuxarı çəkidə Olimpiya turnirinin 1/4 finalında fransalı Teddi Rinerlə döyüşdən sonra idmana uyğun olmayan davranışa görə diskvalifikasiya edilib.
Qaziler.az qruziya-onlayn-a istinadən bildirir ki, matçın ikinci dəqiqəsində Riner ipponla qələbəni təmin edib.
Bundan sonra idmançılar arasında kiçik mübahisə yaranıb. Quram, hakimin məhəl qoymadığı Rinerin təxribatçı hərəkətinə kobud reaksiya verib. Nəticədə, fransalının qələbəsi ilə yanaşı, hakim Tuşişviliyə ciddi pozuntuya görə cəza - "hansoku-make" elan etdi.
Teddi Riner cüdo əfsanəsidir. O, üçqat Olimpiya çempionu, ikiqat Olimpiya Oyunlarının bürünc mükafatçısı və 12 qat dünya çempionudur.
Diskvalifikasiyadan sonra Tuşişvili bürünc medal şansını itirib. Yarış protokoluna əsasən, idmançı Özbəkistan cüdoçusu Əlişir Yusupovla təkrar görüşdə iştiraka buraxılmayacaq.
Quram Tuşişvilinin 29 yaşı var. O, 2020-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, 2018-ci il dünya çempionu və 2017-ci il Avropa çempionudur.
QAZİLER.AZ