Paris meri Ann Hidalqo bildirib ki, səlahiyyətlilərin Sena çayı Olimpiya triatlonu üçün ehtiyat planı yoxdur.
Qaziler.az xəbər verir ki, o bu barədə RMC radiosuna müsahibəsində deyib.
“Biz həmişə buna arxayın olmuşuq, çünki böyük peşəkarlarla ciddi işləyirik. Bizim B planımız yox idi, çünki B planına ehtiyacımız yox idi. Bizim üçün A Planı həmişə yeganə seçim olub”, - Ann Hidalqo deyib.
Qeyd edək ki, Beynəlxalq Triatlon İttifaqı Paris Olimpiadasında kişilər arasında triatlon yarışının iyulun 31-nə təxirə salındığını bildirmişdi. Buna səbəb Sena çayında suyun keyfiyyətsiz olması olub. Həmin gün qadınların yarışı da baş tutacaq.
QAZİLER.AZ