Beynəlxalq Triatlon İttifaqının məlumatına görə, Paris Olimpiadasında kişilər arasında triatlon yarışı iyulun 31-nə təxirə salınıb.
Qaziler.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətsiz olması olub. Qeyd edilib ki, həmin gün qadınların da yarışı baş tutacaq.
“Son hava məlumatlarına əsasən, kişilər arasında triatlon yarışının iyulun 31-i saat 10:45-ə təyin edilməsi qərara alınıb. Həmin gün saat 08:00-da qadınlar arasında triatlon yarışının keçirilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, triatlonçuların iyulun 28-nə təyin edilmiş məşq üzgüçülüyü ləğv edilib. Buna səbəb güclü yağış səbəbindən Sena çayında suyun çirklənməsi olub. Ertəsi gün həmin gün üzgüçülük yarışı da ləğv edilib. Daha sonra təşkilatçılar iyulun 30-u və 31-də keçirilməsi planlaşdırılan turnirin planlaşdırıldığı kimi davam edəcəyini bildiriblər.
QAZİLER.AZ