“Parisdəki Olimpiadanın açılış mərasiminin idmanla heç bir əlaqəsi yoxdur və gərginlik yaradıb”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya milli komandasının üzvü, “Naşe Delo” liqasının MMA döyüşçüsü Yevqeni İqnatyev deyib. O, açılış videosuna baxdığını və gördüklərindən şoka düşdüyünü vurğulayıb.
"Olimpiadanın açılış videosuna baxdım və gördüklərimdən şoka düşdüm. Dinə bu cür istehza ilə yanaşmağa qətiyyən icazə verilməməli və nümayiş etdirilməməlidir. Belə gərginliyin idmana və ya olimpiya hərəkatına heç bir aidiyyatı yoxdur”, - İqnatyev deyib.
Döyüşçünün sözlərinə görə, o, rus idmançılarının bu gülünc yarışda iştirak etmədikləri üçün xoşbəxtdir.
QAZİLER.AZ