Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 92 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Almaniyadan olan Nelvi Raman Tiafakla üz-üzə gəlib.
Bu görüşdə idmançımız məğlub olub.
Qeyd edək ki, M.Abdullayev Paris olimpiadasının açılış mərasimində Azərabycanın bayraqdarı olub. Paris-2024 avqustun 11-də başa çatacaq.