Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.
QAZÌLER.AZ Publika.az-a istinadən xəbər verir ki, yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərmizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
