Azərbaycan Premyer Liqasının XI turunun təqvimində dəyişiklik edilib.
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların vaxtı dəyişdirilib.Belə ki, XI turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 1-2 noyabrda deyil, 31 oktyabrda keçiriləcək.