Paris Olimpiadasının büdcəsi məlum olub

Paris Olimpiadasının büdcəsi məlum olub backend

Müstəqil beyin mərkəzi IFRAP Fondu Paris Olimpiadasının büdcəsinin 11 milyard avro olduğunu bildirib. Lakin müraciət zamanı xərc 6,2 milyard avro olaraq qiymətləndirilib.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da Sena çayının ətrafında, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Yarışlar avqustun 11-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

QAZİLER.AZ

Diaspora