Polşalı idmançı dopinqə görə 2024-cü il Olimpiadasından kənarlaşdırılıb

Polşalı idmançı dopinqə görə 2024-cü il Olimpiadasından kənarlaşdırılıb backend

Polşalı hündürlüyə tullanma üzrə idmançı Norbert Kobelski antidopinq qaydalarını pozduğuna görə Parisdə keçirilən Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 23-də Atletikada Çətinliklərə Qarşı Mübarizə üzrə Müstəqil Qurum (AIU) məlumat yayıb.

"Qadağan olunmuş maddənin (pentedron norephedrine metaboliti) mövcudluğu/istifadəsi", - təşkilatın bəyanatında deyilir.

Qeyd olunur ki, ittihamlarla bağlı bildiriş 27 yaşlı idmançıya göndərilib.

Eyni zamanda, Kobelski daha əvvəl, iyulun 16-da şübhələri rədd etdi. Facebook səhifəsində o, həmin vaxt milli və beynəlxalq hakimiyyət orqanlarından antidopinq pozuntuları ilə bağlı ittihamlar almadığını bildirib.

QAZİLER.AZ

Diaspora