Fransa Rusiya jurnalistlərini Parisə buraxmadı – Casusluq qorxusu

Fransa Rusiya jurnalistlərini Parisə buraxmadı – Casusluq qorxusu backend

Fransa hakimiyyəti casusluq və kiberhücumlardan qorunmaq üçün bir sıra rusiyalı jurnalistləri Olimpiadanı işıqlandırmaq üçün ölkəyə buraxmayıb.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.

“Biz yüzdən az müraciəti rədd etdik, çünki onların Oyunlara müdaxilə etmək niyyətində olan xarici dövlətlərin casus agentləri və ya xəbərçiləri olduqlarından şübhələndik. Bu anketlərin əksəriyyəti Rusiya və Belarusiyadan, eləcə də bir sıra başqa ölkələrdən olub, onların siyahısını açıqlamayacam. Olimpiadanı işıqlandırdığını iddia edən çoxlu sayda “jurnalist”i qəbul etməkdən imtina etdik. Biz ehtiyat prinsipini tətbiq edirik. Çox güman ki, onlar terror aktları törətmirlər, lakin kəşfiyyat və ənənəvi casusluqdan əlavə kiberhücumlar həyata keçirmək üçün kompüter şəbəkələrinə çıxış əldə etmək mümkündür”, – deyə “Le Journal du Dimanche” Darmaninin sözlərini sitat gətirib.

Xatırladaq ki, BOK 15 Rusiya və 17 Belarus idmançısına 2024-cü il Olimpiya Oyunlarında fərdi neytral idmançı statusunda iştirak etməyə icazə verib. Oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək

Diaspora