İspaniya DÇ-2030 üçün stadionları təqdim etdi

İspaniya DÇ-2030 üçün stadionları təqdim etdi backend

İspaniya Futbol Federasiyası 2030-cu il dünya çempionatında oyunların keçiriləcəyi stadionların siyahısını təqdim edib.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, ümumilikdə İspaniyada 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün 11 namizəd stadion olacaq.

Siyahıya bu stadionlar daxildir: “Kamp Nou” (“Barselona”), “Santyaqo Bernabeu” (“Real” Madrid), “Metropolitano” (“Atletiko” Madrid), “RCDE Stadion” (“Espanyol”), “La Cartuja” (İspaniya millisinin stadionu), “San Mames” (“Atletik” Bilbao), “La Rosaleda” (“Malaqa”), “Romareda” (“Saraqosa”), “Riazor” (“Deportivo”), “Anoeta” (“Real Sosyedad”), “Qran Kanariya” (“Las Palmas”).

Siyahı FİFA-ya göndərilib. Bundan sonra əsas futbol təşkilatı bu stadionları təsdiq etməli olacaq. 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Ümumilikdə turnirə 20 stadion ev sahibliyi edəcək. İspaniyada 11, Portuqaliyada 6 və Mərakeşdə 3

Diaspora