FİFA Fələstinin tələbini təxirə saldı: İsrail bütün yarışlarda iştirak edəcək

FİFA Fələstinin tələbini təxirə saldı: İsrail bütün yarışlarda iştirak edəcək backend

Beynəlxalq Futbol Federasiyası (FİFA) Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində təşkilatın nizamnaməsini pozduğuna görə İsraili bütün yarışlardan kənarlaşdırmayıb.

Qaziler.az xəbər verir ki, “Gazeta.ru” bu barədə ESPN-nə istinadla məlumat verir.

Fələstin Futbol Assosiasiyası (PFA) 2024-cü ilin mayında İsraili diskvalifikasiya etmək təklifi ilə çıxış edib. Mənbənin sözlərinə görə, FİFA bu məsələni 31 avqust 2024-cü ilə qədər təxirə salmaq qərarına gəlib və bununla da israilli futbolçuların Parisdəki Olimpiya turnirində mübarizə aparmasına icazə verib.

Fələstinlə yanaşı, Asiya Futbol Konfederasiyası da İsrailə qarşı şikayətə dəstək verib.

Millətlər Liqasının 2024/25 mövsümündə İsrail Belçika, İtaliya və Fransa milli komandaları ilə birlikdə A Liqasının ikinci qrupunda çıxış edəcək.

QAZİLER.AZ

Diaspora